mobil versiya

Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq



UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşib.
Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbağça” növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.
1/4 final
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda reallaşacaq.(report)

KARUSEL / İDMAN
Tarix: 15-03-2024, 17:59