mobil versiya

Konfrans Liqası:Pley-off mərhələsinin cütləri müəyyənləşib



UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundun cütləri müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası pley-offda İspaniyanın “Betis” klubu ilə qarşılaşacaq.
Konfrans Liqası
Pley-off
“Şturm” (Avstriya) – “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)
“Union” (Belçika) – “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) – “Budyo-Qlimt” (Norveç)
“Molde” (Norveç) – “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) – Gent (Belçika)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 18-12-2023, 18:19