mobil versiya

Millimiz məğlub oldu, Uels AVRO-2020-yə vəsiqə qazandı - VİDEO



AVRO-2020-yə seçmə mərhələ vasitəsilə vəsiqə qazanan sonuncu komanda Uels olub. 

BAKU.WS xəbər verir ki, Azərbaycan millisinə 2:0 hesabla qalib gələn Slovakiya 3-cü yeri tutub.

Bütün nəticələrdən sonra 18 vəsiqəni İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb.

Digər 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək.
AVRO-2020
Seçmə mərhələ, X tur
19 noyabr
C qrupu
Almaniya - Şimali irlandiya - 6:1
Niderland - Estoniya - 5:0
E qrupu
Slovakiya - Azərbaycan - 2:0
Uels - Macarıstan - 2:0
G qrupu
Şimali Makedoniya - İsrail - 1:0
Latviya - Avstriya - 1:0
Polşa - Sloveniya - 3:2
I qrupu
Belçika - Kipr - 6:1
San Marino - Rusiya - 0:5
Şotlandiya - Qazaxıstan - 3:1




KARUSEL / İDMAN
Tarix: 20-11-2019, 12:00