mobil versiya

AVRO-2020: Azərbaycan Uelsə matçda hesabı bərabərləşdirib- YENİLƏNİB



Saat 22:45

AVRO-2020-nin seçmə mərhələsində V turun ikinci oyun günü start götürüb.

APA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.
Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan, lakin keçirdiyi bütün matçlarda uduzan yığma Uelslə oynayır. Bu, komandamızın cari tsikldə dördüncü görüşüdür.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə məğlub olan Nikola Yurçeviçin yetirmələri ilk xalını uelslilərdən almağa çalışacaq. Yığma bu seçmə mərhələdə ikinci səfər oyununda da azarkeşlərini üzməmək üçün məğlub olmamalıdır. Milli 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandanın “sükanı arxası”nda ilk qələbəsi olacaq. Qələbə həm də yığmanın sonuncu pillədən qurtulması üçün kifayət edəcək.

Qeyd edək ki, qrupumuzun digər oyununda Slovakiya Xorvatiyanı qəbul edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr

22:45. Uels - Azərbaycan
Baş hakim: Farrucia Kann Trustin (Malta)
Uels: 1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms
Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks
Baş məşqçi: Rayan Giqqz
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Kardiff. Şəhər stadionu
***
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb.
APA-nın məlumatına görə, Kardiffdə keçirilən matçda yığmanın oyunçusu Pavel Paşayev avtoqola imza atıb - 0:1.
***
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında ilk hissə yekunlaşıb.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb. Yeganə qolu Pavel Paşayev öz qapısından keçirib.
***
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında ikinci hissə başlayıb.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma 0:1 hesabı ilə məğlub durumdadır.
***
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında hesab dəyişib.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Kardiffdə hesabı bərabərləşdirib. Komandamızın heyətində Mahir Emreli 59-cu dəqiqədə fərqlənib - 1:1.

MANŞET / KARUSEL / İDMAN
Tarix: 7-09-2019, 00:15