Şəmkirdə pərakəndə satış mağazasında saxta araqlar aşkarlanıb

Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cəfərov Əziz Abbas oğluna məxsus pərakəndə satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Belə ki, mağazada “Belaya”, “Organic Ultra”, “Organic Brand”, “Organic Free”, “Organic Ekskluziv”, “Oscar”, “Sobranie”, “Ağsu”, “İCE”, “Organic”, “Moskovskiy” əmtəə nişanlı ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:08


























