Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama keçirib.
Reportyor.az AQTA-ya istinadla xəbər verir ki, baxış zamanı iaşə obyektində 32 ədəd 0.5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1.75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0.5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-04-2025, 17:08