Ərdoğan: Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəbləri araşdırılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəblərinin araşdırıldığını bildirib.
Türkiyə Prezidenti bildirib ki, qəzanın səbəblərini araşdıran mütəxəssislər məlumatları ictimaiyyətlə bölüşəcək.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.(apa)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:46


























