AZAL “Viasat Inc.” təyyarələrin yüksək sürətli internetlə təchiz edilməsinə dair strateji tərəfdaşlıq müqaviləsi imzalayıb

“Azərbaycan Hava Yolları” və peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” təyyarələrin yüksək sürətli internetlə təchiz edilməsinə dair strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
Bu brədə AZAL məlumat yayıb.
Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb.
Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksək sürətli sistemi ilə təchiz olunacaq.
Yüksək sürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:00


























