mobil versiya

Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının 114 ili tamam olur



Bu gün Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının 114 ili tamam olur.
Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakıda anadan olub. O, Bakıdakı Teatr Texnikumunda təhsil alıb, Bakı Türk İşçi Teatrında, Akademik Dram Teatrında çalışıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur. O, ilk dəfə “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan obrazlar yaradıb.
Xalq artisti Ələsgər Ələkbərov 1963-cü ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-03-2024, 13:24