mobil versiya

Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasından 97 il keçir



Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 97 ili tamam olur.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə anadan olub. O, Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb. Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu Dram və Komediya Teatrında, “Azərbaycanfilm”, “Mosfilm”, “Dovjenko“,  “Odessa“ və digər kinostudiyalarda, Puşkin adına Leninqrad Akademik Dram Teatrında, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.  “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. “Uzaq sahillərdə” filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylo) obrazını yaradıb. Görkəmli aktyor “Xalq artisti” fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb.
Nodar Şaşıqoğlu 2013-cü ildə vəfat edib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-03-2024, 14:27