mobil versiya

İyun ayında müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur



İyun ayında müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılması nəzərdə tutulur.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli söyləyib. O bildirib ki, azı 1 ay qalmış müəllimlərin şəxsi səhifəsinə imtahanla bağlı məlumatlar göndəriləcək.
“İmtahanlar vətəndaşların məmnunluğunu təmin etmək məqsədilə ölkənin bütün regionlarında təşkil olunacaq. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili 236, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. Sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək”, – deyə Nurlan İsmayılbəyli qeyd edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2024, 17:31