mobil versiya

2024-cü ildə 31 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq



Növbəti ildə 31 min müəllim sertifikatlaşdırmaya cəlb ediləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, bu proses iyun ayının son 10 günlüyündə olacaq.
“Riyaziyyat fənni üzrə 11 min 290, Azərbaycan dili üzrə 1284, ingilis dili üzrə 12 min 35, Rus dili üzrə (Azərbaycan bölməsi) və rus dili və rus ədəbiyyatı (rus bölməsi) üzrə 5868, Alman dili ürə 236, fransız dili üzrə isə 222 müəllimin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub.
Artıq ölkəmizdə 32 min müəllim sertifikatlaşdırma prosesində iştirak edib”, - deyə o əlavə edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 30-11-2023, 16:51