mobil versiya

Bakının bütün əraziləri bu gün su ilə təmin olunacaq


Günorta saatlarından sonra suyun Bakının digər ərazilərə də çatması mümkün olacaq.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.
Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir: “Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-08-2024, 13:28