mobil versiya

Bakıda içməli suyun təchizatı tam bərpa ediləcək



Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.
Bildirilir ki, su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-08-2024, 13:29