Suriyanın yeni hərbi komandanlığı Tartus ətrafında təhlükəsizlik əməliyyatına başlayıb
Suriyanın təhlükəsizlik qüvvələri keçmiş hökumətə bağlı silahlı şəxslərlə ölümcül toqquşmalardan bir gün sonra Tartus əyalətinin qərbində Əsəd tərəfdarı döyüşçülərə qarşı əməliyyata başlayıb.
Reportyor.az bu barədə rəsmi xəbər agentliyi SANA-ya istinadla xəbər verir.
Suriya İnsan Haqları Müşahidə Qrupu sahilyanı Tartus şəhərində əməliyyat zamanı 3 nəfərin öldürüldüyünü bildirib və onların devrilmiş prezident Bəşər Əsədin keçmiş rejiminə sadiq silahlı adamlar olduğunu bildirib.
SANA əməliyyatın müəyyən sayda döyüşçünün zərərsizləşdirilməsinə nail olunduğunu bildirərək, məqsədin regionda təhlükəsizliyi, sabitliyi və vətəndaş sülhünü bərpa etmək olduğunu yazıb.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:16