mobil versiya

“Ləmpə” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib



Azərbaycan Milli Xalça Muzeyində Qarabağa aid “Ləmpə” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.  

Reportyor.az muzeyə istinadla xəbər verir ki,  “Ləmpə” xalçalarının ilk nümunələri XIX əsrin əvvəllərindən etibarən Şuşada toxunmağa başlanılıb.

Bu cür xalçalardan imarət və sarayların bəzənməsində istifadə olunub. “Ləmpə” xalçası sonralar Qarabağda iki yan (kənarə) və bir orta hissədən ibarət dəst xalı-gəbə kimi geniş yayılıb. “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də əks etdirir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Yeni “Ləmpə” xalçası xalçaçı-rəssam Afaq Abdullayevanın eskizi əsasında, toxucular Mirvari Cəfərova və Südabə Rüstəmova tərəfindən muzeyin Ənənəvi texnologiya şöbəsində toxunub.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-03-2025, 12:04