Azərbaycanlı hakimlər beynəlxalq təyinat alıb

Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.
Reportyor.az xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.
Qafarlı birinci. Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
KARUSEL / İDMAN
Tarix: 24-03-2025, 16:13