mobil versiya

“Qarabağ”ın futbolçusu mövsümün rekorduna imza atıb



“Qarabağ”ın futbolçusu Amil Rzayev Premyer Liqada 2024/2025 mövsümünün rekorduna imza atıb.

Reportyor.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33-cü turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.

O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
“Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.

KARUSEL / İDMAN
Tarix: 5-05-2025, 10:05