Lufthansa qrupu Tel-Əviv uçuşları mayın 25-dək dayandırıb

Lufthansa aviaşirkəti mayın 25-dək Təl-Əvivə uçuşları dayandıracağını bildirib.
Reportyor.az bu barədə xarici mediaya istinadla bildirir.
Bu, Lufthansa, Swiss, Austrian Airlines, Eurowings, ITA Airways, Brussels Airlines və Lufthansa Cargo tərəfindən həyata keçirilən uçuşlara təsir göstərir.
Mayın 4-də Yəmən husiləri tərəfindən İsrailə atılan raket ölkənin Təl-Əvivdəki əsas beynəlxalq hava limanı yaxınlığında yerə düşdükdən sonra qlobal hava yolları yenidən Tel-Əvivə və oradan uçuşları dayandırıb.
KARUSEL / DÜNYA
Tarix: 15-05-2025, 12:35