mobil versiya

Çin şirkəti Tacikistanın enerji sektoruna sərmayə qoyacaq



SINOSURE şirkətinin Tacikistanın enerji sektoruna sərmayə qoyması imkanları Tacikistan Respublikasının enerji və su ehtiyatları naziri Daler Cuma və Çin Xalq Respublikasının SINOSURE şirkətinin rəhbərliyi tərəfindən müzakirə edilib.

Bu barədə “Ховар” məlumat yayıb.

Görüş zamanı tərəflər əməkdaşlığın qurulması, xüsusilə də bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Günəş və külək elektrik stansiyası layihələrinin tikintisi və həyata keçirilməsində ölkənin imkanları və üstünlükləri təqdim olunub.

Qeyd olunub ki, Tacikistan Respublikası zəngin təbii sərvətlərə və günəş və külək enerjisinin inkişafı üçün əlverişli iqlim şəraitinə malikdir.

Öz növbəsində SINOSURE rəhbərliyi investisiya imkanlarının ətraflı öyrənilməsinə və Tacikistan Respublikası ilə birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:16