mobil versiya

Latviya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb





Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 10-da Albaniyaya qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Çiqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;
Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;
Hücumçular: Yanis Ukaunyek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.
Latviya – Azərbaycan oyunu iyunun 7-də, saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 29-05-2025, 17:18