mobil versiya

Azərbaycanın “Aİ-98” markalı benzini idxal etdiyi ölkələr





Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075 milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımından isə 110,1 ton və ya 11,1% azdır.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-98” markalı benzin aldığı ölkələr: (trend)


ÖlkələrMiqdar (ton)Məbləğ (min ABŞ dolları)
Rusiya240,11294,37
Bolqarıstan295,15361,85
Rumıniya341,6418,8


KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-07-2025, 16:38