Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək

Futbol üzrə Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı "Karvan-Yevlax"la "Turan Tovuz" komandaları arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq görüş saat 14:30-da başlayacaq.
Hazırda Tovuz klubu 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Yevlax təmsilçisi isə 5 xalla 11-cidir.
Günün digər oyununda "Kəpəz" Qəbələ şəhər stadionunda "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Gəncə klubu 3 xalla sonuncu - 12-ci sırada yer alıb. İmişlinin eyniadlı komandası isə 9 xalla 8-cidir.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:03


























