mobil versiya

AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb





AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb.

Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Bildiririk ki, məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması, qida mənşəli risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına ciddi maneə yaradır.

Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar.

Qanuna əsasən, qida subyektləri məhsulların izlənilməsi ilə bağlı müvafiq sənədlərin kağız daşıyıcılarda və (və ya) elektron formatda tərtib olunmasını və saxlanılmasını təmin etməlidirlər. Bu sənədləşmə prosesi məhsulların hərəkətinin mərhələlər üzrə qeydiyyatının aparılması ilə risklərin operativ müəyyən edilməsinə, zəruri hallarda isə məhsulların geriyə çağırılması prosesinin səmərəli həyata keçirilməsinə imkan verir.
Qeyd edək ki, sahibkarlar bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini və izlənilə bilmə sistemlərinin qurulmasını müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış mərkəzlərə müraciət edə bilərlər.

Reportyor.az








KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:37