Bakıda Qazaxıstan kinosu ayı keçirilir

Bakıda Qazaxıstan kinematoqrafiyasına həsr olunmuş ay Aydın Saxaman tərəfindən çəkilmiş, əfsanəvi musiqi ansamblı “Dos-Mukasan” haqqında filmlə start götürüb.
Film açıq hava kinoteatrı formatında nümayiş olunub. Tədbir çərçivəsində istedadlı azərbaycanlı musiqiçilərin və müğənnilərin çıxış etdiyi konsert proqramı da təşkil edilib.

Tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, yaradıcı ziyalılar, diplomatik korpusun üzvləri, media nümayəndələri, Bakıda yaşayan qazaxıstanlılar və Qazaxıstan incəsənətini sevənlər iştirak ediblər.
Kinomarafon çərçivəsində digər filmlərin nümayişi də planlaşdırılır.
Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-07-2025, 16:11