Uşağın anadan olmasına görə 55 957 nəfərə birdəfəlik müavinət ödənilib

2025-ci ilin yanvar-iyul ayları ərzində 55 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 26 289 nəfər qız, 29 668 nəfər oğlan uşağına görə aparılıb.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 12:11