İsti hava dalğası zəifləyir, temperatur 3-5 dərəcə aşağı enəcək
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Küləyin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29 dərəcə isti olacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:44