Təqribən 300 min il əvvələ aid maral dişi Pireney yarımadasının Buz dövrü faunasının sirlərini açır

Şimal maralının diş qalıqları Pireney yarımadasının iqlim hekayəsini dəyişdirir. İspaniyanın Burqos şəhərinin Atapuerka dağlarında tapılan diş təqribən 300 min il əvvələ aid edilib və yarımadadakı buzlaq faunasının ən qədim sübutudur. O, parçalanmış insan kəlləsi və daş alətləri ilə eyni çöküntü təbəqəsində yerləşirdi ki, bu da şimal marallarının və erkən alət ustalarının həmin ərazini eyni vaxtda işğal etdiyini göstərir.
“Nature” jurnalı xəbər verir ki, Milli Təbiət Elmləri Muzeyinin (MNCN-CSIC), İnsan Təkamülü üzrə Milli Tədqiqat Mərkəzinin (CENIEH) və Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamülü İnstitutunun (IPHES-CERCA) alimləri buzlaq faunasının Pirenean və Kantabrian dağlarının Buz dövrü soyuqları zamanı çox kənarda olduğu qənaətinə gəliblər.
MNCN-CSIC-nin tədqiqatçısı Jan van der Made bildirib: “Bu ərazidə şimal maralının qalıqlarını tapmaq göstərir ki, həddindən artıq soyuq İberiya ekosistemlərinə düşündüyümüzdən daha tez və intensiv təsir edib. Fosil bu yerlərin tarixini dəqiqləşdirməyə kömək edir və yarımadada həyatı formalaşdıran buzlaq dövrlərinin intensivliyini nümayiş etdirir”.
Bu kəşf Atapuerkanı bir vaxtlar Qərbi Avropadan Sibirə qədər uzanan və yunlu kərgədanlar, şimal maralları və soyuqlara uyğunlaşan digər növlərin yaşadığı Mamont çölünə aid edir. Madrid və Qranada kimi ərazilərdə buzlaq şəraitinin Avropanın cənubuna necə dərindən nüfuz etdiyini göstərən əlaqəli qalıqlar əlavə tədqiqatlar üçün yaxşı mənbə hesab edilir.
CENIEH alimi İqnasio Aquilar Lazaqabaster isə bildirib: “Bu kəşf buzlaq faunasının hərəkətini izləməyə və insan qruplarının təxminən 800 min -125 min il əvvəl Orta Paleolit dövrünə necə uyğunlaşdığını qiymətləndirməyə imkan verir”. (azərtac)
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 15:31