Dini Konfessiyaların Məşvərət Şurasının toplantısı keçirilib
Avqustun 7-də Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Azərbaycan Dini Konfessiyaların Məşvərət Şurasının növbəti iclası keçirilib.Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Yığıncaqda 27 Sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı konfessiyaların həyata keçirəcəyi tədbirlər müzakirə olunub. Ölkəmizdəki müsəlman, pravoslav, katolik, yəhudi dini icmalarının rəhbərləri məsələ ətrafında geniş fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2025, 15:08



























