mobil versiya

Qədim daş kitabələrdə Musa peyğəmbər haqqında yazılar tapılıb



Müstəqil tədqiqatçı Musa peyğəmbərin həyatı haqqında yazıları qədim daş kitabələrdə aşkar etdiyini iddia edir. Kəşf təsdiqlənərsə, bu, “Müqəddəs Yazılar”ın mətnlərindən kənarda bu peyğəmbərin mövcudluğunu təsdiqləyən ilk arxeoloji sübut ola bilər.

“The Jerusalem Post” nəşri xəbər verir ki, müstəqil tədqiqatçı Maykl Bar-Ron Misir mədənində tapılan 3800 illik “Proto-Sinay” yazısını deşifrə edərək mühüm bir kəşfə imza atıb. O iddia edir ki, orada “zot m'Moshe”, yəni, “bu Musadandır” yazılıb. “GEO France” nəşrinə görə, bu deşifrə alimlər və ilahiyyatçılar arasında maraq və mübahisə yaradıb, “Bibliya”dakı Musanın “Müqəddəs Yazılar”ından kənarda onun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlar təqdim edə bilər.

Yazılar eramızdan əvvəl 1800-cü ilə aid olan, dünyanın ən qədim əlifbalarından biri hesab edilən qədim yazı sistemi olan “Proto-Sinay” hərfləri ilə hazırlanıb. Bu yazının Finikiya, yunan və latın əlifbalarının sələfi olduğu düşünülür. “GEO France” bildirir ki, ərazidəki digər tapıntılar arasında Misir ilahəsi Baalatiyə həsr olunmuş yazılarla yanaşı, İsraildə erkən adı El olan tanrıya istinadlar da var. Bu elementlər “Bibliya” rəvayətlərinin mümkün tarixi əsaslarını əks etdirir, həmin dövrdə semit insanlarla misirlilər arasında mədəni və dini qarşıdurmanı göstərir.
Misirdəki Serabit əl-Xadim adlı məkan XX əsrin əvvəllərində “Proto-Sinaitik” mətnlərin tapıldığı qədim firuzəyi mədən yeri olub. Bar-Ronun şərhləri təsdiqlənərsə, bu, arxeoloji məlumatları “Bibliya” mətnləri ilə əlaqələndirən bir kəşfə bərabər olacaq. Tədqiqatçı səkkiz il ərzində yüksək dəqiqliyi olan fotoşəkillərdən və məlum yazıların, xüsusən də əvvəllər mənasız simvollar hesab edilən “Sina 357” və “Sina 361”in 3D skanlarından istifadə edib. Bu, tədqiqatçının Musaya aid etdiyi sübutların təsdiqi ilə nəticələnib.(azərtac)



MARAQLI / KARUSEL
Tarix: Dünən, 12:30