Azərbaycan K-POP Festivalının seçim mərhələsi başlayır

Cənubi Koreyanın Azərbaycandakı Səfirliyi 2025-ci il Azərbaycan K-POP Festivalının seçim mərhələsinə başladıyır və bu möhtəşəm festivalda iştirak üçün hamını dəvət edir.
Reportyor.az səfirliyə istinadən festival haqqında məlumatları diqqətə çatdırır.
2025-ci il K-POP Azərbaycan Festivalı 12 sentyabr 2025-ci il (Cümə) 14:00-da Bakı Musiqi Akademiyasının Opera zalında keçiriləcək.
MÜRAİCƏT ŞƏRTLƏRİ:
Festivalda iştirak üçün Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.
Əvvəlki K-POP Azərbaycan festivallarında mükafat almış şəxslər müraciət edə bilməz.
Tək və ya qrup şəklində müraciət etmək mümkündür.
Qrup şəklində müraciət zamanı vokal üzrə üzvlərin sayı 3-ü, rəqs üzrə üzvlərin sayı isə 5 nəfəri keçməməlidir.
MÜRACİƏT PROSESİ:
1 Sevdiyiniz K-POP mahnısını seçib vokal ifanızı və ya rəqs videonuzu çəkin!
2 Videonuzu YouTube-a ictimaiyətə açıq şəkildə yerləşdirin.
3 Aşağıdakı linkdə paylaşılmış ərizə formasını doldurun.
https://overseas.mofa.go.kr/az-ko/brd/m_8259/view.do...
4 Videonun YouTube linkini və doldurulmuş müraciət ərizəsini az_politics@mofa.or.kr elektron poçt ünvanına göndərin. (Mail başlığı "K-POP Festival_Komanda adı" şəklində olmalıdır.)
SEÇİM PROSESİ:
Müraciət edənlər arasından 6 rəqs və 3 vokal komandası (ümumilikdə 9 komanda) seçilərək 12 sentyabr 2025-ci ildə baş tutacaq final mərhələsində mübarizə aparacaqdır.
MÜRACİƏT MÜDDƏTİ:
4-15 avqust 2025-ci il
Finala seçilən şəxslərin elanı: 22 avqust
MÜKAFATLANDIRILMA:
Final mərhələsində qalib olacaq 3 komandaya (1 vokal ifa və 2 rəqs komandası olmaqla) möhtəşəm hədiyyələr və kubok veriləcəkdir.
Festivalı izləmək istəyənlər üçün biletlər 25 avqust 2025-ci il, saat 09:00-dan etibarən Səfirlikdə "ilk gələnə, ilk xidmət" prinsipi ilə paylanacaq
1 nəfərə maksimum 2 bilet.
Bilet paylanma saatları:
09:00–12:00
13:00–17:00
Koreya Səfirliyi: 012-498-39-50
HANSAMO sədri Nuray Karimova: (050) 800-4281
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 12:41