mobil versiya

“Bakı K-pop Festivalı-2024”ün qalibləri açıqlanıb



Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Bakı K-pop Festivalı-2024”ün açılışı keçirilib.


“2024 AZƏRBAYCAN K-POP Festivalı” 600-ə yaxın azərbaycanlı K-POP həvəskarının iştirakı ilə uğurla keçirilmişdir ki, bu da azərbaycanlı fanatların K-POP və Koreya mədəniyyətinə olan  yüksək həvəs və maraqlarını bir daha təsdiqləyən faktordur.
Bu dəfəki Festivalin ilkin seçimlərində ümumilikdə 29 komanda müraciət edərək öz bacarıqlarını nümayiş etdirmiş və onlardan final mərhələsi üçün rəqs bölməsində 6, vokal bölməsində isə 3 komanda seçilib.


Koreya Respublikasının Azərbaycandakı səfiri Lee Eung Yong çıxış edərək festivalda iştirak edən komandaları ruhlandırmış, KPOP-un Koreya ilə Azərbaycan arasında daha sıx əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayıb. Səfir deyib ki, artıq 3-cü ildir ki, onun fəaliyyəti dövründə bu festival keçirilir. O, bu festival vasitəsilə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.


Finalistlər hazırladıqları K-POP rəqslərini və musiqilərini nümayiş etdirib və çıxışlar coşğulu alqışlarla qarşılanıb. Yekunda vokal üzrə birinci yeri Nərgiz Rzayeva, komanda rəqs üzrə birinci yeri Ferim, komanda isə rəqs üzrə ikinci yeri Monster tutub.


Tədbir keçirildiyi məkanın girişində KPOP ilə maraqlanan azərbaycanlı gənclərin Koreya mədəniyyətini daha geniş şəkildə təcrübə edə bilməsi üçün ənənəvi Koreya oyunlarını oyanaya biləcəkləri bir guşə də yaradılıb.

Reportyor.az





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-09-2024, 16:57