mobil versiya

Bu ilin K-pop Azərbaycan Festivalının finalistləri bəlli olub




2024-cü il K-pop Azərbaycan Festivalının finalistləri artıq bəlli olub.
Koreyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, onlar  Festivalda öz çıxışlarını göstərmək, K-pop fanatlarına unudulmaz anlar yaşatmaq üçün artıq məşqlərə başlayıb.

Bu möhtəşəm festivalda izləyici kimi iştirak etmək istəyənlər
biletləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyindən 26 avqust 2024-cü il saat 10:00-dan başlayaraq əldə edə bilər. (Ünvan : İSR Plaza 14-cü mərtəbə, Nizami küçəsi 69, Bakı şəhəri, AZ 1005, əlaqə nömrəsi: 012-498-39-50).

1 nəfər yalnız iki ədəd bilet əldə edə bilər.

Biletlər məhdud saydadır. 

2024-cü il K-POP Azərbaycan Festivalı 6 sentyabr 2024-cü il (Cümə) 14:00-da Bakı Musiqi Akademiyasının Opera zalında keçiriləcəkdir.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-08-2024, 18:00