mobil versiya

"2024-cü il K-POP Azərbaycan Festivalı"na qatılmaq istəyənlərin nəzərinə



Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2024-cü il Azərbaycan K-POP Festivalına seçim mərhələsinin başladığını elan edir və K-POP-a maraq göstərən hər kəsi bu möhtəşəm festivalda iştiraka dəvət edir!

Bu barədə "Reportyor.az saytına səfirlikdən məlumat verilib. 

"2024-cü il K-POP Azərbaycan Festivalı" adlı tədbir 6 sentyabr 2024-cü il (Cümə) 14:00 Bakı Musiqi Akademiyasının Opera zalında keçiriləcək.

Müraciət şərtlərinə görə, əvvəlki K-POP Azərbaycan festivallarında mükafat almış şəxslərdən başqa Azərbaycan Respublikasının digər bütün vətəndaşları müraciət edib festivala qatıla bilər.

Tək yaxud qrup şəklində müraciət etmək mümkündür, qrup şəklində müraciət zamanı vokal üzrə üzvlərin sayı 3-ü, rəqs üzrə üzvlərin sayı isə 5 nəfəri keçməməlidir.

Müraciət prosesi:
-  Vokal ifanızı və ya rəqs videonuzu çəkirsiniz. (İstənilən K-POP musiqisinə müraciət edə bilərsiniz)
-  Videonu youtube-a ictimaiyətə açıq şəkildə yerləşdirirsiniz.
-  Elanda paylaşılmış ərizə formasını doldurursunuz.
-  Videonun youtube linki və doldurulmuş müraciət ərizəsini email ilə [email protected] elektron poçt ünvanına göndərirsiniz. (Mail başlığı K-POP Festival_Komanda adı şəklində olmalıdır.)
Aşağıdakı linkdə paylaşılmış ərizə formasını doldurmaq lazımdır. 


Seçim prosesi:
~Müraciət edən şəxslərin içindən 6 rəqs komandası və 3 vokal komandası seçilərək (ümumi 9 komanda) 6 sentyabr 2024-cü ill tarixində baş tutacaq final mərhələsində mübarizə aparacaqdır.

Müraciət müddəti: 05-16 avqust 2024-cü il tarixləri
Finala seçilən şəxslərin elanı: 23 avqust 2024-cü il

Mükafatanlandırılma:
Final mərhələsində qalib olacaq 3 komandaya (1 vokal ifa və 2 rəqs komandası olmaqla) hədiyyələr və kubok veriləcəkdir.

K-POP Festivalında izləyici kimi iştirak etmək istəyən şəxslər biletləri aşağıdakı üsullarla əldə edə bilərlər.
- Koreya Respublikasının Azərbaycandakı Səfirliyində biletlər 26 avqust 2024-cü il saat 10:00-dan başlayaraq bitənədək paylanılacaqdır. ( Koreya Respublikasının Azərbaycandakı Səfirliyi: 012-498-39-50)
- Biletlərlə bağlı həmçinin HANSAMO (Koreya Sevərlər) Qrupunun sədri Nuray Kərimovaya (050-794-17-88)  da müraciət edə bilərsiniz.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-08-2024, 11:14