mobil versiya

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub



“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin "Özünlə apar" mahnısı ifa ediləcək.

Mahnı müsabiqənin rəsmi youtube səhifəsində yerləşdirilib. 
 
Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür.
Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.
 
Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.
 
Təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.


 

 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-03-2024, 13:44