Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2024 - 26.03.2024-cü il tarixlərində 15 763 çağırış daxil olub.
"Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, 21.03.2024-cü il tarixində müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, 22.03.2024-cü il tarixində müraciət sayı 2 366, hospital olunanların sayı 214, 23.03.2024-cü il tarixində müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub", - məlumatda deyilir.
Məqalədə: