Günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
TƏBİB-dən verilən məlumata görə, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə isə yerində yardım göstərilib.
Qeyd edilib ki, müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 10-07-2023, 16:41