mobil versiya

"Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır" - TƏBİB



Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.
O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

SAĞLAMLIQ / KARUSEL
Tarix: 4-03-2024, 12:13