Liftdə baş verən qəzada 4 nəfər xəsarət alıb
Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə dərhal 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi, 1 qadın) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-01-2024, 21:26