mobil versiya

Bakıda Yaponiya Mədəniyyət və Budo Festivalı keçiriləcək



Bakıda Yaponiya Günü - Budo (Yapon Döyüş Sənətləri) Festivalı və Yaponiya Mədəniyyət Festivalı bir arada yeni “Yaponiya Mədəniyyət və Budo Festival” adı altında tədbir keçiriləcək.
İlin ən möhtəşəm və böyük festivalı Yaponiya Səfirliyinin təşkilatçılığı, JTI Azərbaycan, ISR AUTO, AQUAVITA və BOUQUET şirkətlərinin sponsorluğu, Bakı Budo Festivalı Təşkilat Komitəsi, Azərbaycan Cüdo Federasiyası və “Game Summit”in təşkilati dəstəyi ilə baş tutacaq.
Festivalda tamaşaçıların Yapon mədəniyyət nümunələri, mədəniyyət stendləri, səhnə çıxışları və əsl samuray ruhlu yapon döyüş sənətlərini izləmək imkanı olacaq.
Tədbir günü bəzi stendlərdə xüsusi sessiyalar üçün kupon biletlər paylanılacaq.⁡
⁡Tədbir 17 dekabr, saat 12:00-17:30-da Bakı İdman Sarayında keçiriləcək. 
Tədbirə giriş sərbəstdir və ödənişsizdir! Öncədən qeydiyyata ehtiyac yoxdur. Lakin insan sayından asılı olaraq sıxlıq yaranmış olarsa içəri daxil olmada müəyyən məhdudiyyətlər və ya gecikmələr tətbiq oluna bilər.⁡
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-12-2023, 09:29