Nunyes bu gün “Liverpul”la vidalaşır
“Liverpul” hücumçusu Darvin Nunyesə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidlə bağlı Almaniyaya yollanaraq tibbi müayinədən keçməyə icazə verib.
26 yaşlı futbolçu bu gün komanda yoldaşları ilə vidalaşacaq.
Nunyes 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 47 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Əvvəlki məlumatlara əsasən, “Əl-Hilal” uruqvalı futbolçunun transferi üçün “Liverpul”a 65 milyon avro (bonuslarla birlikdə) ödəyəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:43