mobil versiya

Salah “Liverpul”la razılaşıb



“Liverpul”un hücumçusu Məhəmməd Salah komandada qala bilər.

Misirli hücumçu “qırmızılar”ın rəhbərliyi ilə demək olar ki, razılaşıb. Yeni müqavilə 2027-ci ilin ortalarına qədər davam edəcək və bir mövsüm uzadılma imkanı var.
Salahın hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, 7 ildir ki, “Liverpul”da çıxış edir.
Salah cari mövsümdə 24 matçda iştirak edib, 18 qol vurub və 15 məhsuldar ötürmə verib.

KARUSEL / İDMAN
Tarix: Dünən, 12:24