mobil versiya

Erlinq Holann Premyer Liqada mütləq rekorda yaxınlaşıb


"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında mütləq rekorda yaxınlaşıb.
"Report" xəbər verir ki, 23 yaşlı hücumçu buna "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri XXXIII tur oyununda nail olub.
Komandasının sonuncu qoluna imza atan forvard cari mövsüm çempionatda 33-cü dəfə fərqlənib.
Norveçli hücumçu 2017/2018 mövsümündə 32 dəfə rəqib qapılarına yol tapan "Liverpul"un oyunçusu Məhəmməd Salahın nailiyyətini geridə qoyub.
İngiltərə Premyer Liqasının mütləq rekordu 34 qolla Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. Lakin bunlar 42 matçlıq mövsümdə gerçəkləşib. Hazırda turnir 38 turdan ibarətdir.
Qeyd edək ki, Erlinq Holann "şəhərlilər"in heyətində bütün yarışlarda 43 oyunda 49 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

KARUSEL / İDMAN
Tarix: 27-04-2023, 10:34