mobil versiya

ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən stansiyaya hücumunu pisləyib



ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən stansiyanın Rusiya tərəfindən hədəfə alınmasını qınayıb.

ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.

Dövlət Departamentindən bildirilib ki, Rusiya dərhal dayanmalıdır: "Prezident Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır".

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:02