ABŞ dövlət katibi İsrail və Misirə səfərə gəlir
ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna yardım, Rusiya-İran yaxınlaşması və İsrail-Fələstin gərginliyinin azaldılması məsələləri ilə bağlı yaxın günlərdə Misir, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.
Dövlət Departamentindən verilən məlumata görə, Blinken səfəri zamanı “Rusiyanın Ukraynanı işğalı, İran, İsrail-Fələstin münasibətləri və iki dövlətin həlli yolları, insan haqları və demokratik dəyərlərin qorunması kimi məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.
İsrail Ukraynaya tibbi və humanitar yardım göstərsə də, Kiyevə hərbi texnika göndərməkdən çəkinir. Belə ki, Rusiyanın Suriyadakı müharibədə iştirakı nəzərə alınarsa, bu, Moskvanın İsrailin qonşusu ilə təhlükəsizlik maraqlarına zərər verə biləcək bir addım olar.
ABŞ İsraildən Ukraynaya dəstək verməsini istəsə də, Rusiya-Ukrayna müharibəsində İsrailin mövqeyini tənqid etmir.
Yaxın Şərqə səfəri zamanı Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Eli Koen və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək. İordan çayının qərb sahilində Blinken Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas və muxtariyyatın digər yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.
KARUSEL / DÜNYA
Tarix: 27-01-2023, 10:21