mobil versiya

Bu günə qədər I sinfə qəbul edilən uşaqların sayı açıqlanıb





İndiyə qədər 125 mindən çox uşağın I sinfə qəbul prosesi başa çatıb.

Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında deyib.

O bildirib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Reportyor.az





KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2025, 16:26