mobil versiya

Keçən il Azərbaycanda turistlər nə qədər pul xərcləyib?




Keçən il turizm məqsədilə Azərbaycana gələn əcnəbi turistlərin turizm məqsədilə çəkdiyi xərclər 3,4 milyard manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 964,3 milyon manat və ya 39,5% çoxdur.
Eyni zamanda ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərclər isə 2,2 milyard manat təşkil edib.
Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 725,8 milyon manat və ya 48,6% artım deməkdir.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 11:46