PSJ UEFA superkubokunun qalibi olub
UEFA superkubokunun qalibi müəyyənləşib.
Həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan “Tottenhem” (İngiltərə) üz-üzə gəlib.
İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçirilmiş görüşün əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Qaydalara əsasən, birbaşa penalti zərbələrinə keçilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ superkubokun qalibi olub – 4:3.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 14-08-2025, 10:22




























