mobil versiya

Braziliyalı futbolçu “Arsenal”ı tərk etməyə hazırlaşır






“Arsenal”ın hücumçusu Qabriel Jesus klubdan ayrılmaq niyyətindədir.

28 yaşlı futbolçu qışa qədər meydana çıxa bilməyəcək. O, çarpaz bağların qopması səbəbindən mövsümün ilk yarısını buraxır.

“Topçular” tez-tez zədələrə məruz qalan braziliyalı forvardın xidmətindən imtina etməyi planlaşdırır. O, artıq yanvar transfer pəncərəsində yeni komanda axtarmağa hazırdır.
Jesusa həm Braziliya klublarından, həm də Avropadan maraq var. O isə karyerasını əsas rol oynayacağı bir komandada yenidən qurmaq istəyir.(komanda.az)





KARUSEL / İDMAN
Tarix: 22-09-2025, 13:42