mobil versiya

Nazarbayev Universiteti Azərbaycanla əməkdaşlığını inkişaf etdirir




Nazarbayev Universitetinin Prezidenti Vakar Əhməd Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyini ziyarət edib.

Səfir Alim Bayel ilə söhbət zamanı V. Əhməd hazırda Nazarbayev Universitetində təxminən 400 xarici tələbə təhsil aldığını və onların sayının artırılması, həmçinin universitetin dünya reytinqlərində mövqelərinin daha da möhkəmləndirilməsi planlaşdırıldığını bildirib.

Alim Bayel süni intellekt və türk araşdırmaları sahəsində Nazarbayev Universiteti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisəsi olan ADA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsini təklif edib. Səfir bu istiqamətlər üzrə birgə magistr proqramlarının yaradılması təşəbbüsünü irəli sürüb.



Vakar Əhməd, təkcə son dövr ərzində Nazarbayev Universiteti təhsil müəssisəsinin 15 illik yubileyinə həsr olunmuş 20 beynəlxalq konfransının keçirildiyini qeyd edib. O, universitetin Honkonq Elm və Texnologiya Universiteti (HKUST) və London SOAS Universiteti ilə birgə proqramlara start verilməsinə hazırlıq gördüyünü bildirib.
 
Görüş zamanı, həmçinin, Qazaxıstan və Azərbaycan arasında ali təhsil və elm sahəsində ikitərəfli əməkdaşlıq ilə bağlı digər məsələlər də müzakirə olunub.

Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-09-2025, 18:39